"Bakı-2015" Avropa Oyunları iyunun 3-də Rusiyanın “Rossiya” televiziya kanalı ilə müqavilə imzalayıb.
Yarışın Təşkilat Komitəsindən Qol.Az-a verilən məlumata görə, bununla kanal ölkədə birinci Avropa Oyunlarını həm ödənişsiz yayım şəbəkəsi, həm də kabel televiziyası ilə yaymaq hüququ qazanıb.
“Rossiya 2” (ödənişsiz yayım), “Sport”, “Sport 1” və “Döyüş klubu” (kabel televiziyası) kanalları birlikdə gündəlik 10 saatlıq veriliş yayacaqlar.
Bundan başqa Rusiyanın iki aparıcı idman veb səhifəsi - vesti.ru və sportbox.ru da Oyunların onlayn yayımını keçirəcək.