Qanada qaz stansiyasında baş verən partlayışda azı 73 nəfər ölüb.
Partlayış iyunun 3-də kecə saatlarında paytaxt Akkrada baş verib.
Hakim dairələrin məlumatına görə, ölənlərin çoxu leysan yağışından daldalanmaq üçün stansiyaya sığışıbmış.
Yanğın söndürənlərin məlumatına görə, partlayışa səbəb yaxınlıqdakı avtomobil terminalında baş verən yanğın olub.