Yerevandakı “Nairit” zavodunun 500-dək keçmiş əməkdaşı iyunun 4-də yenidən hökumət evinin qarşısında etiraz aksiyası keçiriblər.
Aksiyaçılar 18 aydır ki, verilməyən əməkhaqlarının ödənilməsini tələb ediblər.
Onlar küçələrdən birini bağladıqdan sonra hökumətin nümayəndəsi baş nazirin iyunun 9-da aksiyaçıların nümayəndələrini qəbul etməyə hazır olduğunu bildirib.
Təşkilatçılar bildiriblər ki, əgər bu görüşdə tələbləri yerinə yetirilməsə oturaq etiraz aksiyasına başlayacaqlar.
Zavodun əməkdaşları 2012-ci ildən əməkhaqlarının ödənilməsi tələbi ilə aksiyalar keçirirlər.
2015-ci ildə müəssisənin 1700 işçisi ixtisar proqramı çərçivəsində işini itirib.
Amma onlara 18 ayın maaşı ödənilməyib.