Çində batmış gəmidən 82 meyit tapılıb

Xilasedicilər meyitləri daşıyır

-

Çinin Yantze çayında batan gəmidən indiyədək 82 meyit tapılıb. Dövlət mediası iyunun 5-də bildirib ki, artıq kiminsə sağ qalmasına ümid yoxdur.

İyunun 1-də qəfil tufana düşmüş gəmidə 456 sərnişin vardı. Onlardan cəmi 14 nəfər sağ qalıb.

«Artıq heç kəsin sağ qalmasına ümid olmadığı üçün gəmini ilkin vəziyyətə qaytarmağa başlayırıq,» nəqliyyat nazirliyinin sözçüsü deyib.

Xilasedicilər bütün gecəni gəmini düzəltməklə məşğul olublar.

Gəmidə batanlardan çoxu yaşlı turistlər idi.