Gürcüstanın Marneulu və Axalkalaki regionlarında “Etnik azlıqlar forumu” keçiriləcək.
Bu barədə iyunun 5-də formun təşkilatçısı “Gənc vəkillər” təşkilatı məlumat yayıb.
Forum Axalkalakidə iyunun 23-də, Marneulidə isə iyulun 2-ci yarısında keçiriləcək.
Qeyd ədək ki, Marneulidə əsasən azərbaycanlılar, Axalkalakidə isə etnik ermənilər yaşayır.
Forumun əsas mövzusu “Gürcüstan-Avropa Birliyi münasibətləri, indiki əlaqələr və perespektivlər”, “Gürcüstan və “Şərq tərəfdaşlığı” sistemi” olacaq.