Əsgər bədbəxt hadisə nəticəsində öldü

Foto arxiv.

-

FHN-in mülki müdafiə qoşunlarının N saylı hərbi hissəsinin əsgəri Allahyar Məmmədov iyunun 5-də bədbəxt hadisə nəticəsində həlak olub.

FHN-in məlumatına görə, əsgər texniki parkda işlərin həyata keçirilməsi zamanı ehtiyatsızlıqdan dünyasını dəyişib.

1992-ci il təvəllüdlü əsgər Bakının Nərimanov rayonundan hərbi xidmətə çağırılmışdı.

Azərbaycan Hərbi Prokurorluğunda araşdırma aparılır.

Sosial şəbəkədəki məlumatlara əsasən, əsgər hərbi texnikanın onun üzərinə hərəkət etməsi nəticəsində həlak olub. Onun bir ay xidmət müddəti qalmışdı.