Türk lirəsi dərhal düşüb

Foto arxiv

Türkiyə lirəsi ölkədəki qeyri-müəyyən siyasi vəziyyətə görə kəskin düşüb.

İyunun 8-də türk lirəsi ABŞ dollarına nisbətdə 5,2, İstanbul birjasında isə fond indeksinin göstəricisi 8,2 faiz düşüb.

Mərkəzi bank lirəyə dəstək üçün dərhal xarici valyutalara depozit faizini aşağı salıb.

Hakim Ədalət və İnkişaf partiyası iyunun 7-də keçirilən parlament seçkilərində çoxluğu itirib.

Əsas partiyaların 3-də prezident Erdoganın partiyası ilə koalisiya ideyasını rədd ediblər.

Koalision hökumət yaradılmasa ölkədə təkrar seçki keçirilməlidir.