87 şagird maksimum nəticə göstərib

Foto illüstrasiya

-

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iyunun 6-da keçirdiyi buraxılış imtahanında 87 nəfər maksimum nəticə göstərib.

Bunlardan 50 nəfəri IX sinif şagirdi, 37-I XI sinif şagirdidir.

IX sinif üzrə imtahanda iştirakı nəzərdə tutulan 29382 şagirddən 410 nəfəri imtahana gəlməyib, 2 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 28970 şagirdin imtahan nəticələri yerləşdirilib.

XI sinif üzrə isə imtahanda iştirakı nəzərdə tutulan 24774 şagirddən 364 nəfəri imtahana gəlməyib, 17 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub.

Saytda 24393 şagirdin imtahan nəticələri yerləşdirilib.