36 dərəcə isti olacaq

Bakıda isti

İyunun 9-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu və əsasən yağmursuz olacağı gözlənilir.

Gecə 17-22, gündüz 25-30 dərəcə isti olacaq.

Abşeron çimərliklərində suyun istiliyi 20-23 dərəcə olacaq.

Bölgələrdə də hava əsasən yağmursuz keçəcək, amma bəzi dağlıq ərazilərdə qısamüddətli yağış vəduman olacaq.

Gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.