Rusiyaya qarşı sanksiyalar artırıla bilır

Angela Merkel

Böyük 7-lər ölkələri Almaniya sammitində Rusiyanın Krımı ilhaq eləməsini pisləyib və bildiriblər ki, Minsk razılaşması tam yerinə yetirilməyincə Rusiyaya qarşı sanksiyalar qüvvədə qalmalıdır.

Bunu Almaniyanın kansleri Angela Merkel sammitdən sonra bəyan edib.

O həmçinin bildirib ki, lazım gəlsə Rusiyaya qarşı sanksiyalar kəskinləşdirilə bilər və tərəflər belə bir razılıq əldə ediblər.

2 günlük sammitdə ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiya liderləri iştirak edib.