Prezident “Baku Cristall Holl”da olub

Foto arxiv

Azərbaycan prezidenti İlham Əliyev və xanımı, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Avropa Oyunları zamanı bir sıra yarışların keçiriləcəyi “Baku Cristall Holl” da yaradılan şəraitlə tanış olublar.

“Baku Cristall Holl”da voleybol, boks, qılıncoynatma, taekvondo və karate yarışları keçiriləcək.

Ərazidə 6 min kvadratmetr asfalt örtüyü yenilənib, 3 min 500 kvadratmetrlik əraziyə isə yeni asfalt salınıb. Bundan başqa Avropa Oyunları Ailəsi, idmançılar, texniki işçilər və VİP qonaqlar üçün yeməkxanalar yaradılıb.