Rusiya İranla mübadiləni yalanlayır

İranla nüvə danışıqları, mart, 2015-ci il

-

Rusiya rəsmiləri iyunun 8-də bildiriblər ki, İranla neft əvəzinə mal mübadiləsinin nə vaxt başlanacağını söyləmək hələ tezdir. Daha öncəki məlumatlar Moskvanın mübadiləyə başladığını bildirirdi.

Bu, Ukrayna böhranına görə Qərbin sanksiyaları ilə üzləşən Moskvanın İranda dayağını gücləndirməsinə kömək edər. Ancaq hələlik İrana sanksiyaların yumşaldılması üçün razılıq yoxdur. Öncə İranla dünya gücləri nüvə proqramının məhdudlaşdırılmasınə nəzərdə tutan yekun razılaşma əldə etməlidir.

RIA xəbər agentliyi iyunun 8-də xəbər yayıb ki, İrana buğda satışı başlanıb. Ancaq sonradan bu məlumat təkzib olunub. İranın Fars xəbər agentliyi də iyunun 6-da ölkənin neft nazirinə istinadla yazmışdı ki, Rusiya bu həftə Tehrandan neft idxalına başlayacaq.

Rusiyanın Enerji Nazirliyi isə bu işə başlamağın çox erkən olduğunu bəyan edib.

Rusiya İrandan neft satışında vasitəçiliyə ümid edir.