ABŞ səfiri Müsavat başqanı ilə görüşüb

Arif Hacılı və Robert Cekuta - 9 iyun 2015

-

İyunun 9-da Müsavat başqanı Arif Hacılı partiyanın qərargahında ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta ilə görüşüb.

Partiyadan AzadlıqRadiosuna verilən məlumat görə, görüşdə Azərbaycanda ictimai-siyasi vəziyyət, Qarabağ probleminin həlli yolları, siyasi məhbuslar, payızda keçiriləcək parlament seçkiləri və başqa mövzular müzakirə edilib. Eləcə də ABŞ-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə ABŞ səfirinin müşaviri Susan Chesley, Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı və başqan müavini Səxavət Soltanlı da iştirak edib.