-
Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) Bakı Oyunlarının sponsorlarına çağırış edib. Müraciətdə deyilir ki, sponsorlar iqtisadi maraqları naminə ölkədə informasiya azadlığının pozulmasına göz yummasınlar və Azərbaycanda həbsdə olan 12 jurnalist və bloqqerin azadlığa buraxılmasına çağırsınlar.
İyunun 12-dən 28-dək keçiriləcək Bakı Oyunlarının sponsorları bu şirkətlərdir: British Petroleum, Coca Cola, McDonald’s, Motorola, Nestlé, Procter & Gamble, Sitecore, Tissot, Tickethour
Müraciətdə tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılın adı çəkilir, onun hökumət səviyyəsində korrupsiyanı ifşa etdiyi çün həbsə atıldığı vurğulanır. “Rejim aylardır terror kampaniyası aparır, az sayda tənqidi səsləri də susdurur,” RSF bildirir.
Hakimiyyət ölkədə heç kəsin peşəsinə görə həbs olunmadığını, konkret cinayətlərə görə cəzalandırıldığını bildirir.