Ukraynada neft bazasında yanğınla mübarizə davam edir.
Rəsmilər hələ də 6 çəninin yandığını, amma təhlükə olmadığını deyirlər.
Yanğın iyunun 8-də Vasilkiv şəhərinin ətrafındakı neft bazasında baş verib və 16 çənə yayılıb.
Bu şəhər paytaxt Kiyevin 30 kilometrliyində yerləşir.
Dövlət Fövqəladə Hallar Xidmətinin rəhbəri Mykola Chechotkin bu müddət ərzində 5 nəfərin öldüyünü, 12 nəfərin yaralandığını deyir.
Daxili işlər nazirliyinin rəsmisi Zoryan Shkiryak bildirib ki, 3 mümkün versiya araşdırılır-yanacaq mühavizə qaydalarının pozulması, texniki nasazlıq və qəsdən yanğın törətmə.
Müəssisə rəhbərliyi yanğının qəsdən törədilməsindən şübhələnir.