Mayda Azərbaycanda deflyasiya olub

Foto arxiv

Mayda Azərbaycanda deflyasiya qeydə alınıb.

Bu ilin mayında Azərbaycanda istehlak qiymətləri aprelə nisbətən 0,6% enib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, mayda ərzaq məhsulları 1,5% ucuzlaşıb.

Həmçinin bir y ərzində qeyri-ərzaq malları 0,2%, 0,1% ucuzlaşıb.

Aprellə müqayisədə mayda buğda unu, balıq məhsulları, qoyun və toyuq əti, süd məhsulları, bitki yağları ucuzlaşıb.

Qənd və şəkər tozu, bəzi mövsümü meyvə-tərəvəzin qiymətində həmçinin ucuzlaşma müşahidə edilib.