Papa Putin-i sülhə çağırır

-

Papa Francis Rusiya prezidenti Vladimir Putin-i Ukraynada sülh naminə “səmimi və böyük səy” göstərməyə çağırıb. İyunun 10-da Francis-lə Putin Vatikanda 50 dəqiqəlik görüş keçirib. Görüşdən sonra yayılan bəyanatda deyilir ki, tərəflər dialoq mühitinin bərpasının vacibliyinə razılaşıblar. Onlar bu ilin əvvəlində Minskdə əldə olunmuş atəşkəs sazişinin icrasının əhəmiyyətindən də danışıblar.

Putin iyunun 10-da Romada İtaliya prezidenti Sergio Mattarella və baş nazir Matteo Renzi ilə görüşüb. Renzi “ənənəvi İtaliya-Rusiya dostluğun”dan danışıb, ancaq eyni zamanda müəyyən məsələlərlə bağlı “fərqli mövqelər”ə toxunub.