Amerikalı həmsədr Bakıya gəlir

James Warlick

Dağlıq Qarabağda irimiqyaslı münaqişə bərpa edilsə, problemin danışıqlar yolu ilə həlli qeyri-mümkün olacaq”.

Bunu ATƏT Minsk Qrupunun amerikalı həmsədri James Warlick AzadlıqRradiosunun Ermənistan xidmətinə müsahibəsində bildirib.

O bildirib ki, tərəflər sülhə riayət və hörmət etməlidirlər,əks halda həmsədrlər münaqişənin həlli üzərində işləyə bilməyəcəklər.

Amerikalı həmsdər bildirib ki, həftənin sonunda Bakıya getməyi planlaşdırır.

Minsk Qrupunun formatını genişləndirmək ideyası ilə bağlı suala gəldikdə isə həmsədr deyib: “Əgər tərəflər mövcudformatı dəyişmək qərarına gəlsə, biz buna hörmət edəcəyik. Amma problem danışıqların formatında deyil, bunu iki ölkə prezidenti və 2 xalq qəbul etməlidir.

Bu, format məsələsi deyil, siyasi iradə məsələsidir”-deyə o vurğulayıb.