Gürcüstan hakimiyyəti Səudiyyə şahzadəsi Al-Waleed-dən ölkənin turizm sektoruna böyük sərmayə gözləyir.
Gürcüstana 2 günlük rəsmi səfər edən şahzadənin özü də maliyyə maraqlarını gizlətməyib və Gürcüstan iqtisadiyyatına böyük sərmayə qoyulması məsələsini götür-qoy etməyə hazır olduğunu bildirib.
Səfər zamanı şahzadəyə Gürcüstanın fəxri vətəndaşlığı verilib.
Bu barədə iyunun 11-də AzadlıqRadiosunun müxbiri Georgi Kobaladze məlumat verir.