Keçmiş BVF rəhbərinə hökm oxunacaq

Dominique Strauss-Kahn

-

İyunun 12-də Fransa məhkəməsi Beynəlxalq Valyuta Fondunun (BVF) keçmiş rəhbəri Dominique Strauss-Kahn-ın seks cinayətlərində təqsirli olub olmamasına dair qərar verəcək.

Dörd il öncə Nyu Yorkda hotel xidmətçisinin ona qarşı ittihamları Kahn-ın siyasi ambisiyalarına və BVF rəhbəri kimi karyerasına son qoyub. İndi isə öz vətənində məhkəmə onun məhkum edilməsi və mümkün həbsi barədə qərar çıxara bilər.

66 yaşlı Strauss-Kahn otel xidmətçisi Nafissatou Diallo-ni maddi baxımdan razılığa gələndən sonra Nyu York müstəntiqləri 2011-ci ildə ittihamları ləğv edib. Fransada isə o, fahişələrin iştirakıyla gecələr təşkil etməkdə ittiham olunur.

Özü ittihamları rədd edir.