Erdoğan Bakıdadır

Recep Tayyip Erdoğan

-

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Bakıdadır. O, I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana səfərə gəlib.

Məlumatı AZƏRTAC yayıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə prezidentini Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və «Bakı-2015» Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.