Strauss-Kahn bəraət aldı

Dominique Strauss-Kahn

Fransa məhkəməsi Beynəlxalq Valyuta Fondunun keçmiş rəhbəri Dominique Strauss-Kahna bəraət verib.

Associated Press agentliyinin məlumatına görə,qərar iyunun 12-də çıxarılıb.

Strauss-Kahn Fransa, Böyük Britaniya və ABŞ-da nüfuzlu müştərilər üçün seksual xidmət göstərər beynəlxalq şəbəkə yaradılmasında ittiham olunurdu.

O məhkəmədə məsələdən xəbərdar olmadığını deyib.

Həmçinin işlə bağlı daha 10 nəfər bəraət alıb.

İddialara görə, həmin şəbəkənin mərkəzi Fransanın Lill şəhərində olub.