"Bu, roman deyil, ədəbi məzədir"

Milan Kundera

-

Milan Kunderanın yeni romanını tənqid edirlər

Qərb ədəbi mətbuatında tez-tez rast gəlinməyən hadisə baş verib. "Pis review” çıxıb.

Özü də çex-fransız yazıçı Milanra Kundenın 15 illik fasilədən sonra nəşr olunmuş yeni romanı “Qeyri-mühümlük festivalı” (The Festival of Insignificance) haqqında.

Adətən ya pozitiv danışmağa, ya da susmağa meyllidir ədəbi mətbuat. Bu günsə “Financial Times” qəzetinin Kitablar səhifəsinin köməkçi redaktoru Simon Schama Kunderanın fransızca yazdığı kitabın ingiliscə yeni çıxmış versiyası haqda məqaləsinə belə başlayır:

“Naşirlər üçün bir qeyd. Nəyisə roman adlandırmaq hələ onu roman etmir, hətta əgər bu Milan Kunderadırsa, hətta modern nəsrin səxavətli elastik meyarlarıyla yanaşsaq belə.”

Məqalə müəllifi “bu şey” adlandırdığı romana kəskin tonla bir çox iradlar tutub. “Qeyri-mühümlük festivalı” adlandırmaq bu mətndən olacaq şikayətlərə qarşı qabaqcadan tədbir görməkdir”, “bu təxminən yüz səhifəlik kitab dişlərini batırmaq üçün oxucuya bir şey vermir, əvəzində onlar ədəbi amuse-gueule (məzə) ilə üzbəüz qalırlar”, "banal dialoqlar", “kitab paradokslarla doludur”, “yüngüllük dözülməz həddə çatır”, "kitabda bəzi dadlı yeməklər tapmaq olar" – məqalənin ayrı-ayrı yerlərində deyilir.

Cəmi beş gün əvvəl başqa bir ədəbi qəzet “The Guardian”-ın kitab əlavəsi həmin roman haqda daha çox müsbət sayıla biləcək rəy yazmış, onu “məzəli, xəfif eleqant” adlandırmışdı.

Oxu zalı