Azərbaycanın qızıl medalları 5-ə çatdı

-

I Avropa Oyunlarında 84 kiloqramda Azərbaycan karateçisi Ayxan Mamayev fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Onun finalda rəqibi yunanıstanlı Mixail Giorgios Tzanos olub. Qarşılaşma 1-1 hesabı ilə başa çatsa da hakimlər qızıl medalı Azərbaycan karateçisinə veriblər.

Bununla da Azərbaycan idmançılarının medallarının sayı 10-a çatıb. 5 qızıl, 1 gümüş, 5 bürünc.

Azərbaycan 11 medalla hələki reytinqdə birincidir.