Moldovalılar seçim edir

İyunun 14-də Moldovada yerli seçkilər keçirilib. Bu səsvermə ölkənin Avropaya inteqrasiyaya sadiqliyi, yaxud Rusiya ilə daha sıx münasibətlərə tərəfdar olmasının göstəricisi sayılır

-

İyunun 14-də Moldovada yerli seçkilər keçirilib. Bu səsvermə ölkənin Avropaya inteqrasiyaya sadiqliyi, yaxud Rusiya ilə daha sıx münasibətlərə tərəfdar olmasının göstəricisi sayılır.

İki gün öncə ölkənin avropayönlü baş naziri Chiril Gaburici istefa verib. Səbəb onun ali məktəb diplomu və universitet dərəcəsinin həqiqiliyi barədə sorğu-sual olunmasıdır.

Ölkənin 2.8 milyon seçicisindən 49 faizi səsverməyə gedib.

Paytaxt Kişinaunun meri postu uğrunda mübarizədə rusiyapərəst Sosialistlərin rəhbəri Zinaida Greceanii-nin 39 faiz səslə öndə getdiyi bildirilir. Bülletenlərin 80 faizindən çoxu sayılıb.

Kişinaununun avropapərəsət meri Dorin Chirtoaca 35 faiz toplayıb. O, 2007-ci ildən mer postundadır.

Namizədlərdən heç biri səslərin 50 faizini qazana bilməsə, iyunun 28-də ikinci raund keçiriləcək.