TalibanTacikistan sərhədçilərini azad edib

Foto arxiv

Taliban 4 Tacikistan sərhədçisini azad edib.

Onların azad edilməsinə Qətər vasitəçilik edib.

Qətər xarici işlər nazirliyinin iyunun 15-də yaydığı bəyanatda deyilir ki, onlar humanitar səbəbdən azad ediliblər.

Sərhədçilər ötən ilin dekabrında Əfqanıstanın şimalında-Tacikistan sərhəddinin yaxınlığında əsir götürülmüşdülər.