Ermənistanda Rusiya əsgərinin qətli ilə bağlı cinayət işi açılıb.
İstintaqı Ermənistan İstintaq Komitəsinin Şirak vilayət idarəsi aparır.
İstintaq komitəsinin məlumatına görə, əsgərin cəsədi "Ana Ermənistan" kompleksinin ərazisində aşkar edilib.
Qətlə yetirilənin Gümrüdəki 102 saylı Rusiya bazasının əsgəri İvan Novikov olduğu bildirilir.
Məlumatlara görə, sgərin bədənində bıçaq yaraları aşkar edilib.