Prezidentlər Qarabağı müzakirə edib

Dmitry Peskov

Rusiya və Azərbaycan prezidentlərinin şənbə günü keçirilən görüşündə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitry Peskov deyib.

O bildirib ki, Vladimir Putinlə İlham Əliyev görüşdə ikitərəfli münasibətlərin çoxistiqamətli detallarını müzakirə ediblər və danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunulub.