Naxçıvana uçan təyyarə geri dönməli olub

Azerbaijan-Airlines.AZAL

Bakı-Naxçıvan marşrutu üzrə hərəkət edən "Boeing-757" təyyarəsi Bakı hava limanına məcburi eniş etməli olub.

Buna səbəb təyyarənin mühərriklərindən birində yaranan nasazlıq olub.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, eniş yerli vaxtla saat 19:21-də uğurla başa çatıb.

Sərnişinlər yaxın vaxtlarda ehtiyat təyyarə ilə Naxçıvana yola salınacaq.