-
Rusiya ümid edir ki, ABŞ-ın Rusiya ilə həmsərhəd NATO üzv dövlətlərində tanklar və ağır silahlar yerləşdirmək planı uzağa getməyəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi iyunun 15-də bəyanat yayıb.
“Ümid edirik Avropadakı durumun yeni hərbi qarşıdurmaya keçməsinin qarşısı alınacaq. Bunun çox təhlükəli nəticələri ola bilər,” bəyanatda deyilir.
“The New York Times” iyunun 13-də ABŞ və müttəfiqlərinin rəsmilərinə istinadla yazıb ki, Vaşinqton bir sıra Baltik və Şərqi Avropa ölkələrində ağır hərbi texnika saxlamağı planlaşdırır. Məqsəd Rusiyanın Ukraynadakı hərəkətlərindən narahat olan müttəfiqlərini sakitləşdirmək və təcavüzün qarşısını almaqdır.
Polşa və Litva Vaşinqtonla müvafiq danışıqların aparıldığını təsdiqləyib.