-
Türkiyənin 9-cu prezidenti Suleyman Demirel Ankara Güvən Xəstəxanasında dünyasını dəyişib. O, həmin xəstəxanada müalicə alırdı. Demirel yerli vaxtla 02:05-də vəfat edib.
Türkiyə mediası Güven Xəstəxanasının məlumatını yayıb. Məlumatda bildirilir ki, Demirel bu il mayın 13-də ürək çatışmazlığı və kəskin tənəffüs yolları infeksiyası ilə xəstəxanaya yerləşdirilib.
“Son günlər onun vəziyyəti ağırlaşmış, iyunun 16-da tənəffüs və ürək funksiyalarının kəskin pozulması müşahidə olunmuşdur. Bütün səylərimizə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Suleyman Demirel-ə Allahdan rəhmət, yaxınlarına və Türk Millətinə baş sağlığı diləyirik," məlumatda deyilir.
Suleyman Demirel 1924-cü il noyabr ayının 1-də İsparta şəhərində anadan olub.
1993-2000-ci illərdə Türkiyə prezidenti, müxtəlif dövrlərdə isə 5 dəfə baş nazir olub, tanınmış siyasi xadim, ixtisasca mühəndisdir.