Daşqın zamanıTbilisi zooparkandan qaçan pələng “Laquna Vere” üzgüçülük hovuzunun ərazisində yerli sakini öldürüb.
Hadisə iyunun 17-də anbar sahibi içəri girəkən baş verib.
Pələng orda gilənibmiş.
Bir qədər sonra polislər pələngi öldürüb.
İyunun 14-də Tbilisidə baş verən daşqın nəticəsində 19 adam ölüb.
Bundan başqa 6 nəfər hələ də itkin düşmüş hesab olunur.
Daşqın nəticəsində milli zooparkdan pələng, canavar və begamot da daxil olmaqla xeyli vəhşi heyvan qaçıb.
Hakim dairələr iyunun 16-da onların hamısının öldüyünü bəyan eləmişdi.