İyunun 17-də Bakı-2015 I Avropa Oyunlarının taekvondo yarışlarında daha iki çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
Kişilər 68 , qadınlar isə57 kq çəki dərəcəsində mübarizə aparır.
Kişilər arasında Azərbaycanı təmsil edən Ayxan Tağızadə yarışa ilkin mərhələdən başlayıb və sloveniyalı Yure Pantarı 11:3 hesabı ilə məğlub edib.
Bundan sonra o 1/4 finalda London-2012-nin qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu Joel Gonzalez Bonilla (İspaniya) ilə qarşılaşıb.
19 yaşlı Ayxan bu mərhələdə də təcrübəli rəqibini 7:5 hesabı ilə məğlub edərək yarımfinala çıxıb.
Yarımfinalda isə Aleksey Denisenkonu 7:5. hesabı ilə məğlub edərək finala çıxıb.
Qadınlar arasında 57 kq çəki dırıcısində mübarizə aparan Azərbaycan idmançısı Günay Ağakişiyeva isə ilk oyunda serbiyalı Draqana Qladoviçə 8:4 hesabı ilə məğlub olub.