-
I Avropa Oyunlarında sərbəst güləşdə Olimpiya çempionu Toğrul Əsgərov qızıl medal qazanıb.
Toğrul Əsgərov 65 kiloqramda final görüşündə Kuba əsilli İtaliya millisinin üzvü Frank Chamizo Marquez-in kürəyini yerə vurub. Bununla da o, Azərbaycana 9-cu qızıl medalı qazandırıb.
Ümumilikdə isə Azərbaycanın 20 medalı var. Daha 3 gümüş və 8 bürünc.