“Rusiya ilə Ukrayna arasındakı münaqişə uzunmüddətlidir və rusiyalıların fikrini korrupsiya və bacarıqsızlıqdan yayındırmaq üçün Qərblə uydurma münaqişənin tərkib hissəsidir”.
Bunu Vladimir Putinin qatı tənqidçilərindən olan Mikhail Khodorkovsky iyunun 17-də Vaşinqtonun beyin mərkəzi Atlantika Şurasında çıxışında deyib.
Khodorkovsky bildirib ki, nəqədər ki. prezident Vladimir Putin hakimiyyətdədir, Rusiya ilə real yaxınlaşma mümkün deyil.
O qeyd edib ki, Rusiyada hər şey bir adamın, Putinin əlindədir.
Amma o Putindən sonra Rusiyanın qərb yönümlü olacağını mümkün sayır və ABŞ-la Qərb onu öz sıralarına qəbul etməyə hazır olmalıdır,bu Avropa Birliyi və NATO deməkdir.
Khodorkovsky qeyd edib ki, amma indi Rusiya-Ukrayna münaqişəsi Şimali və Cənubi Koreyanın bölünməsi kimi uzun sürə bilər.
O bu münaqişənin dondurulmasının yeganə ağılabatan gözləti olduğunu vurğulayıb.