Azərbaycan akrobatları 5-ci oldu

Foto arxiv

İyunun 19-da Bakı-2015 I Avropa Oyunlarının akrobatika üzrə növbəti yarışlar keçirilib.

Qadınlardan ibarət qrupların mübarizəsində 11 komanda mübarizə aparıb.

Azərbaycan yarışa Lalə Hüseynova, Nərmin Ramazanova və Aynur Hüseynova ilə qatılıb.

Azərbaycan yığması yarışı 5-ci pillədə başa vurub. Birinci yeri Belçika , ikini Rusiya 3-cü yeri isə Belarus tutub.

Cütlüklərin mübarizəsində isə Azərbaycanı Ulyana Dyakova və Anatoli Leonov təmsil edib və onlar 6-cı olub.

Birinci yeri isə Rusiyadan olan Marina Çernova və Georgi Pataraya cütlüyü tutub.