İlk Avropa Oyunlarının 7-ci günü- iyunun 18-də azərbaycanlı idmançılar daha 6 medal qazanıblar. Beləliklə, medalların ümumi sayı 29-a çatıb.
Rusiya isə 40 medalla öndədir.
Azərbaycanı təmsil edən taekvandoçu Milad Xarçeqani 80 kq çəki dərəcəsində qızıl medal qazanıb.
O finalda rusiyalı Albert Qaunu 9:4 hesabı ilə məğlub edib.
Taekvandoçu Fəridə Əzizova isə 67 kq çəki dərəcəsində ikinci olub.
Gimnast Oleq Stepko isə Azərbaycana daha bir gümüş medal qazandırıb.
Sərbəst güləş üzrə yarışlarda isə azərbaycanlı idmançılar üç bürünc medal qazanıblar.