Putin Yunanıstana seçim təklif edir

Alexis Tsipras və Vladimir Putin

-

Rusiya prezidenti Vladimir Putin deyir ki, Yunanıstanla ticarət əlaqələri bu ölkənin ağır borclarını ödəyəcək.

Putin deyib ki, Avropa Birliyinin xərcləri azaltmaq və vergiləri yüksəltmək tələbi müqabilində Rusiya Yunanıstana iş yerləri açmaqla və investisiya qoymaqla kömək etmək istəyir.

«Avropa Birliyi Yunanıstanın inkişafında maraqlıdırsa, öz borclarını ödəməyini istəyirsə, bu borcu ödəməkdə ona kömək etməlidir». Putin bunu Sankt-Peterburqda dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşündə deyib.

«Avropa Birliyi bizi alqışlamalıdır. Yunanıstandan iş yerləri yaratmaqda səhv nə var?».

Putin Yunanıstanın baş naziri Alexis Tsipras-la danışıqlar aparıb, amma məlum deyil ki, Rusiyanın maliyyə yardımı nədən ibarət olacaq.

İyunun 22-də AB və Beynəlxalq Valyuta Fondu Yunanıstandan daha çox konsensus tələbi ilə fövqəladə sammit keçirəcək.