-
Azərbaycanı «Bakı 2015» Avropa Oyunlarında təmsil edən Oleg Stepko bir günə 3 medal qazanıb.
21 yaşlı idmançı gimnastika atı və dayaqlı tullanmanın ardından paralel qollarda da fərqlənib.
Bu dəfə O.Stepko qızıl medala sahib olub. Onun çıxışı 15.733 xalla qiymətləndirilib.
Bu, O.Stepko-nun 5-ci, Azərbaycanın isə 33-cü medalı olub.
Bunadək O.Stepko fərdi çoxnövçülük və gimnastika atında gümüş, komanda yarışları və dayaqla tullanmada bürünc medal əldə edib.