İyunun 20-dən Karaçidə 114, Sindh vilayətində isə 8 nəfər həlak olub
-
Pakistan rəsmiləri Karaçidə dəhşətli istidən azı 122 nəfərin öldüyünü bildirir.
İyunun 20-dən Karaçidə 114, Sindh vilayətində isə 8 nəfər həlak olub.
Ölkənin cənub limanında istilik 45 dərəcəyə çatıb. 1979-cu ildə 47 dərəcə qeydə alınmışdı.
20 milyon əhalisi olan şəhərin bir neçə hissəsində elektrik enerjisi kəsilib.
Meteoroloqlar iyunun 21-də bildiriblər ki, temperatur növbəti günlərdə düşəcək, ancaq yenə də yüksək həddə qalacaq. Rəsmilər əhalini günün altına çıxmamağa çağırır.