Rusiyaya qarşı sanksiyalar uzadıldı

Frank-Walter Steinmeier

Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri iyunun 22-də Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaları 6 ay uzatmaq qərarına gəliblər.

Avropa Birliyi ölkələrinin lideriləri bu ilin martında bəyan ediblər ki, Rusiyaya qarşı sanksiyaların davamlılığı Ukraynanın şərqində əldə edilmiş atəşkəs sazişinə tam əməl edilməsindən aşlı olacaq.

Bu saziş bu ilin fevralında Minskdə əldə edilib.

Rusiyaya qarşı sanksiyalar əsasən energetika, maliyyə və hərbi sahələrə aiddir.

Yeni qərara əsasən sanksiyalar 2016-cı il yanvarın 31-dək uzadılır.

BMT-nin son məlumatına görə, ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6400-dən çox adam ölüb.

Rəsmi Kiyev və separatçılar bir-birini atəşkəs rejimini pozmaqda günahlandırırlar.

Qərblə Kiyev Rusiyanı separatçıları dəstəkləməkdə günahlandırır. Moskva ittihamı rəddd edir.