İrandan quş əti və yumurtaya qadağa

Foto illüstrasiya

-

İyunun 22-dən İranın Mazandaran vilayətindən Azərbaycana diri quş, quş əti məhsullarının, birgünlük cücələrin, eləcə də damazlıq yumurtanın idxalı dayandırılıb.

Bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Yolçu Xanvəli deyib.

Səbəb İran ərazisində toyuqlar arasında yüksək patogenli «quş qripi»nin yayılmasıdır. Bu barədə Ümumdünya Heyvan Sağlamlıq Təşkilatı rəsmi məlumat yayıb.

Bu virusun Azərbaycan ərazisinə keçmə ehtimalını nəzərə alaraq Mazandaran bölgəsindən sözügedən məhsulların ixracının müvəqqəti dayandırılması ilə bağlı sərəncam verilib.