Azərbaycan klublarının rəqibləri bilindi

"Neftçi"nin fanatları

Azərbaycanı futbol üzrə Çempionlar Liqasında təmsil edən «Qarabağ» klubunun II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Bu, Monteneqronun «Rudar» komandasıdır.

İlk oyun iyulun 14-də cavab görüşü isə və iyulun 21-də keçiriləcək.

--

İyunun 22-də həm də futbiol üzrə Avropa Liqasının I və II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq Azərbaycan klubları “İnter”, “Neftçi” və “Qəbələ”nin də rəqibləri müəyyənləşib.

Neftçi səfərdə Monteneqronun "Mladost" klubu ilə qarşılaşacaq.

Həmçinin "Qəbələ" səfərdə Gürcüstanın "Dinamo", "İnter" isə səfərdə Albaniyanın "Laçi" klubu ilə görüşəcək.

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları iyulun 2-də, cavab görüşəri isə iyulun 9-da keçiriləcək.

I təsnifat mərhələsi:

"Dinamo" (Gürcüstan) - "Qəbələ" (Azərbaycan)

"Laçi" (Albaniya) - "İnter" (Azərbaycan)

"Mladost" (Monteneqro) - "Neftçi" (Azərbaycan)