-
İslam Dövlətinin 2012-ci ildə ABŞ-ın Liviyanın Benqazi şəhərində diplomatik missiyasına hücumda şübhəli sayılan lideri İraqda öldürülüb. Pentaqon iyunun 22-də bildirib ki, Ali Awni al-Harzi ABŞ-ın hava zərbəsində həlak olub.
Pentaqonun sözçüsü polkovnik Steve Warren-in sözlərinə görə, Al-Harzi Şimali Afrika və Yaxın Şərqdə İslam Dövləti yaraqlıları ilə “sıx əməkdaşlıq” edib və onun ölümü Şimali afrikalıların Suriya və İraqda döyüşlərə cəlb olunmasını azaldacaq.
Al-Harzi ötən həftə Mosulda öldürülüb. Mosul bir il öncə İD tərəfindən ələ keçirilib.
2012-ci il sentyabrın 11-də Benqazidə ABŞ missiyasına hücumda səfir Chris Stevens daxil olmaqla, dörd amerikalı həlak olub.