Video: Ermənistanda mitinq belə dağıdıldı

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənistanda etiraz aksiyası belə dağıdıldı

-

Ermənistan paytaxtında bir neçə min adam elektrikin bahalanmasına etiraz olaraq aksiyaya çıxıb. İyunun 22-də 5 minədək etirazçı Azadlıq meydanından prezident sarayına doğru irəliləyib. Ancaq onların qarşısını çevik polis alayı su şırnaqları ilə kəsib.

Yerli vaxtla saat 8-də etirazçılar yolda oturub, nəqliyyatın yolunu kəsib. Polis yürüşün qanunsuz olduğunu deyib, onu dağıdacağını bildirib.

Küçələrdə işıqlar söndürülüb. Etirazın təşkilatçıları işıqların yandırılmasını tələb ediblər. Polis dəbilqələrini geyinib və elan edib ki, etirazçılar 10 dəqiqəyə dağılışmasa, gücdən istifadə edəcək.

Prezident Serzh Sarkisian təklif edib ki, etirazçıların bir qrupuyla görüşsün, ancaq təklif rədd olunub.

Talana Yox qrupu iyunun 19-dan Azadlıq meydanında fasiləsiz etirazlar təşkil edib.

İyunun 17-də Ermənistanda elektrikin qiyməti 16 faiz qalxıb, kilovatı 49 dram (0.1 dollar) olub. Son 3 ildə bu, üçüncü qiymət artımıdır.

Ermənistanda etiraz mitinqi keçirilir- [fotolar]