Ermənistan polisi etirazçıları dağıdır

Etirazçılar belə dağıdılır

Ermənistan polisi paytaxt Yerevanın mərkəzinə toplaşmış etirazçıları dağıtmaq üçün gücdən və su şırnağından istifadə edib. Nümayişçilər elektrikin bahalanmasına etiraz edirlər

-

Ermənistan polisi paytaxt Yerevanın mərkəzinə toplaşmış etirazçıları dağıtmaq üçün gücdən və su şırnağından istifadə edib. Nümayişçilər elektrikin bahalanmasına etiraz edirlər.

İyunun 23-də səhər saatlarında xüsusi polis qüvvələri yüzlərlə etirazçını dağıtmaq üçün hərəkətə keçib. Etirazçılar prezident iqamətgahı yaxınlığındakı küçədə doqquz saatdan çox oturaq aksiya keçiriblər. Onlar dinc aksiya keçirdiklərini deyib, Prezident Serzh Sarkisian-dan qərarı geri götürməyi tələb ediblər. Yeni qərara görə, avqustun 1-dən elektrik 16 faiz bahalanır.

Etirazın “qanunsuz” olması barədə bir neçə xəbərdarlıqdan sonra polis səhər 5:30-da əməliyyata başlayıb. AzadlıqRadiosunun erməni xidmətinin müxbirləri nümayişçilərin döyülməsinin və təqib olunmasının, bəzilərinin xəsarət almasının şahidi olub. Etirazçılardan çoxu saxlanıb və maşınlarda polis məntəqələrinə aparılıb.

AzadlıqRadiposunun canlı yayım verən kameralarından azı birini polis sındırıb. Polis rəsmiləri erməni xidməti müxbirlərinin şikayətlərinə məhəl qoymayıb.