ABŞ girovlar üçün pul ödənməsinə icazə verəcək

İD-nin əsirləri, arxiv fotosu

İslam Dövləti, Al-Qaeda və digər qrupların girov götürdüyü amerikalıların buraxılması üçün pul ödəməyə çalışan ailələr daha hökumətin təqibinə məruz qalmayacaq

-

İslam Dövləti, Al-Qaeda və digər qrupların girov götürdüyü amerikalıların buraxılması üçün pul ödəməyə çalışan ailələr daha hökumətin təqibinə məruz qalmayacaq. Rəsmilər bunu iyunun 23-də bildiriblər.

ABŞ-ın girovlara dair siyasətinə yenidən baxılıb və qərara alınıb ki, Birləşmiş Ştatlar gələcəkdə girovları saxlayan yaraqlılarla birbaşa danışıqlar apara bilər. Prezident Obama dəyişiklikləri iyunun 24-də elan edəcək.

Ancaq yenə də girov üçün pul ödənməməsi siyasəti saxlanacaq. İndiyədək Obama administrasiyası bu siyasətə görə kəskin tənqid olunub. Belə ki, girov götürülmüş yaxınları üçün pul ödəmək istəyənlər hədələnib.

Amma ötən il İD Birləşmiş Ştatlar və digər ölkə vətəndaşları olan girovların edam videolarını yayıb.
Avropa ölkələrindən fərqli olaraq, Birləşmiş Ştatlar girov götürənlərə güzəştə getməyəcəyini bildirir. ABŞ girov üçün ödənən pulun adam oğrularını daha da həvəsləndirdiyini, yaraqlılara maliyyə qazandırdığını deyir.

Ötən on il ərzində Avropa hökumətləri yaraqlı qruplara 100 milyon dollardan çox girovpulu ödəyib.