-
İyunun 24-ü Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin doğum günüdür.
Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) iyunun 24-də 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində anadan olub.
Ötən əsrin 80-ci illərinin sonlarında başlanan xalq azadlıq hərəkatının liderlərindən biri olub. O, Xalq Cəbhəsinin sədri kimi 1992-ci il iyunun 7-də Azərbaycanın prezidenti seçilib.
1993-cü ilin iyununda baş vermiş qiyam nəticəsində Bakını tərk edən Elçibəy anadan olduğu Kələki kəndinə gedib. 4 il 4 ay bu kənddə yaşayıb.
Əbülfəz Elçibəy 2000-ci ilin avqustun 23-də 63 yaşında Ankarada vəfat edib. Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunub.