Azərbaycan millisi qalib gəldi

Azerbaijan -- Baku 2015 logo

"Bakı-2015" I Avropa Oyunlarında basketbol oyunları davam edir.

Qadın və kişilərdən ibarət yığma komandalar arasında basketbolun 3-3-ə növündə keçirilən qrup oyunlarına yekun vurulur.

D qrupunda mübarizə aparan kişilərdən ibarət Azərbaycan yığması son qrup oyununa çıxır.

İlk iki oyunda İsveçrə və Çexiyaya qalib gələn Azərbaycan millisi bu dəfə Andorra ilə qarşılaşır.

A qrupunda yer alan Azərbaycanın qadınlardan ibarət yığması isə bu gün 2 oyun keçirir.

İlk oyunda İsveçrəyə 11:15 hesabı ilə uduzan yığma artıq Hollandiya ilə qarşılaşıb və rəqibinə 14:10 hesabı ilə qalib gəlib.

Komanda axşam saatlarında Yunanıstanla qarşılaşacaq.

24 iyun

Kişilər

D qrupu

19:55. Azərbaycan - Andorra

Qrupa 17 xalla Azərbaycan başçılıq edir.

Ondan sonra 16 xalla Andora, 14 xalla Çexiya, 9,5 xalla isə İsveçrə gəlir.