"Atletiko" sponsoru dəyişib

Spain - Atlético de Madrid wears the logo of Baku 2015

Madridin "Atletiko" klubunun baş sponsoru dəyişib.

Klubun rəsmi saytında gedən məlumata görə, növbəti 2 mövsümdə Komandanın forma sponsoru "Plus500" şirkəti olacaq.

Belə ki, Atletiko 2015-02016-cı illərdə meydana üzərində "Plus500" yazılmış forma ilə çıxacaq.

"Atletiko" 2013-cü ilin əvvəlindən 2015-ci il iyunun 1-nə qədər meydana üzərində "Land of Fire Azerbaijan" (Odlar Yurdu Azərbaycan), qısa bir müddət isə “Baku-2015” yazılmış formalarla çıxıb.